Bakıda yeni tikilən binalardan birində lift qırılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakıda Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsində liftin qırılması nəticəsində bir nəfər xəsarət alıb.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib. Onun sözlərinə görə, xəsraət alan 48 yaşlı Həsənova Zəhra topuğun travması diaqnozu ilə özəl xəstəxanalardan birinə yerləşdirilib.