İlan adası rəsmən Ukraynanın yurisdiksiyasına qaytarılıb.
Yeniavaz.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk bildirib.
“İlan adasında Ukrayna bayrağı qaldırılıb. Hərbi əməliyyat başa çatıb və indi ərazi yenidən Ukraynanın yurisdiksiyasına qaytarılıb”.
Xatırladaq ki, 30 iyunda İlan adasındakı rus qoşunları ərazini tərk edib.