Prezidentin general rütbəsi verdiyi Daanova müavin təyin edildi - Foto


Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni təyinat olub.

Yeniavaz.com Unikal-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Mansurov DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyinat alıb.

V.Mansurov bu təyinatadək Polis Akademiyasında müəllim işləyib.

Qeyd edək ki, DİN-in Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanovdur. Ona bu rütbə Prezident İlham Əliyevin 1 iyul 2022-ci il tarixli sərəncamı ilə verilib.

DİGƏR XƏBƏRLƏR

Top