Türkiyə gömrük orqanları Ukrayna taxılını daşıyan Rusiya yük gəmisini saxlayıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar məlumat yayıb. O bildirib ki, ruslar sözügedən taxılı oğurlayıblar:
"Bizim tam əməkdaşlığımız var. Gəmi hazırda limanın girişində dayanıb, o, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb".
Bodnar gəminin taleyinə bazar ertəsi müstəntiqlərin görüşündə qərar veriləcəyini deyib.