Övladları ilə parkda qalan qadın sığınacağa yerləşdirildi - Yenilənib


"Əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülüb".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat yayıb. O bildirib ki, ana və azyaşlılar artıq Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.


***13:24
Sumqayıtda həyat yoldaşı tərəfindən zorakılıqla üzləşən və 4 uşağı ilə birgə mənzilini tərk edən qadın hazırda öz evində təhlükəsiz vəziyyətdədir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O, əlavə edib ki, onlar müayinə üçün Sumqayıt uşaq xəstəxanasına yerləşdiriləcək. Daha sonra aidiyyəti üzrə bütün tədbirlər görüləcək. Məsələ aidiyyəti dövlət qrumlarının diqqətindədir.

Qeyd edək ki, ailə başçısı içi düşkünü olduğundan, sərxoş vəziyyətdə yoldaşına zorakılıq tətbiq edib, qadın da uşaqlarını götürüb evdən çıxıb. Gecə saatlarında polis qadın və uşaqların təhlükəsizliyini təmin edib. Artıq ailə başçısı polisə dəvət olunub. Onun barəsində müvafiq tədbir görüləcək.

DİGƏR XƏBƏRLƏR

Top