Ukraynaya Belarusdan hücum gözlənilir?


Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak Belarusdan hücum ehtimalını dəyərləndirib. 
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, Podolyak bu cür xəbərləri spekulyasiya adlandırıb.
“Bütün bu danışılanlar fərziyyədir. Biz Belarus ərazisində baş verənləri dəqiq anlayırıq. Ancaq, biz istənilən ssenariyə hazırıq. Ukrayna-Belarus sərhədində müdafiə nöqteyi-nəzərindən hər şeyimiz var, buna hazırıq”, - deyə o vurğulayıb.
Podolyak onu da bildirib ki, real təhlükə yaranarsa, hakimiyyət bu barədə vətəndaşları mütləq əvvəlcədən xəbərdar edəcək.

 

DİGƏR XƏBƏRLƏR

Top