Norveç Ukraynaya 1 milyard avro yardım edəcək.
Yeniavaz.com UNİAN-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.
"Norveçin Ukraynaya 1 milyard avro dəyərində yeni dəstək paketinə görə minnətdarıq. Belə çətin bir zamanda bunu çox yüksək qiymətləndiririk", - deyə Zelenski vurğulayıb.