Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyada keçirilən NATO-nun zirvə toplantısının yekununda jurnalistlərə açıqlama verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pınar Gültəkini qətlə yetirən Camal Metin Avcının ağırlaşdırılmış ömürlük həbs cəzasının 23 ilə endirilməsinə münasibət bildirib. O, qərarı haqsız adlandırıb.
“Edam yenidən ölkə gündəminə gələ bilər. Bu məsələ müzakirə olunmalıdır. Təbii ki, Pınar xanımın qətli təsadüfi ölüm deyil. Bu vəhşilik bu millətə yaraşmaz. Bunun üçün ədliyyə naziri ilə lazımi danışıqlar, müzakirələr apardıq. Sonra nəticəyə uyğun addımlar atılacaq. Mən əvvəl də qeyd etmişəm ki, Ədliyyə Nazirliyinin araşdırmasında parlament edamla bağlı qərar çıxarsa, həmin qərarı təsdiqləyəcəyəm”, - deyə o qeyd edib.