Prezidentin general rütbəsi verdiyi polislər kimdir? - Dosye + Fotolar


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup polis zabitinə general-mayor rütbəsi verilib.
Yeniavaz.com
sözügedən zabitlərin dosyesini təqdim edir:

Daanov Canpolad Alı oğlu 1981-ci ildə Balakən şəhərində anadan olub.
2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomları ilə  bitirib.
DİN-da xidmətə 2004-cü ildə Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi başlayıb.
2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini, 2019-cu ilin avqust ayından 2020-ci ilin 19 noyabr tarixinədək DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifələrində çalışıb.
Prezident İlham Əliyevin 19 noyabr 2020-ci il tarixli 2298 nömrəli Sərəncamı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.
İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2010-cu il tarixli  988 nömrəli  Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ələkbərov Vüqar Hidayət oğlu 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 2004-cü ildə DİN-in Polis Akademiyasını bitirib. 1998-ci ildən isə daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləyib.
2004-2009-cu illərdə Polis Akademiyasında “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim, 2009-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bölmə, şöbə rəisi, 2014-2020-ci illərdə Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifələrində xidmət edib. 
2020-ci ilin iyun ayında Bakı Şəhər BPİ rəisinin müavini, dekabr ayında isə rəisin əməliyyat işi üzrə müavini vəzifəsinə təyin olunub.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə  Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.
Səfərov Sərdar Süleyman oğlu 1973-cü ildə Sumqayıt şəhərində anadan olub.
1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.
1996-cı ildən 2005-ci ilin avqust ayınadək Daxili qoşunlarda xidmət edib və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləyib. O cümlədən, DİN-in Daxili Qoşunların hərbi hissələrində Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı bölüyünün komandiri, Xüsusi Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı taborunun komandirinin müavini-qərargah rəisi vəzifələrində xidmət edib.
2005-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb o cümlədən, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.
2022-ci ilin fevral ayından Bakı Şəhər BPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.
Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında öz xidməti vəzifələrini yerinə yetirərək yüksək peşəkarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 06 may 2005-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə”, İctimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizədə fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2013-cü il tarixli sərəncamı ilə "İgidliyə  görə", Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.

Həsənov Namiq Zirəddin oğlu 1970-ci ildə dünyaya gəlib.
O müxtəlif illərdə Suraxanı, Şəmkir, Salyan və Ağstafa rayon polis idarələrində rəis vəzifəsini icra edib.
Ali xüsusi rütbəyə layiq görülən Namiq Zirəddin oğlu Həsənov 2020-ci ilin noyabr ayından DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir.
O, 2013-cü ildə İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top