Almaniya kanslerinin alacağı maaş bilindi


Almaniya kansleri Olaf Şoltsun aylıq maaşı artıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, o, Almaniyada bu günə qədər ən yüksək məvacib alan kansler olacaq. Şoltsun aylıq maaşı 30 min avrodan çox nəzərdə tutulub.
Həmçinin, parlamentdə yerə malik Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek, xarici işlər naziri Annalena Berbok və maliyyə naziri Kristian Lindner ayda 25 min 500 avrodan çox, əməkhaqqı alacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top