Solovyov yenidən Azərbaycandan üzr istədi - Video


Xəbər verdiyimiz kimi, ötən gün Rusiyalı jurnalist Vladimir Solovyov “Dağlıq Qarabağın xarici işlər naziri” kimi təqdim etdiyi David Babayana efir vaxtı ayırdığına görə Azərbaycandan üzr istəyib. O, “Solovyov Live” verilişinin səhər efirində bu barədə çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, Solovyov bu dəfə “Rossiya 1” televiziyasının efirində yayımlanan “Veçer” verilişində çıxışı zamanı yenidən Azərbaycandan üzr istəyib.
“Başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Şəxsən mən bu prioritetlə tam razıyam. Dünən (srağagün - red.) səhər efirimdə Bakıda yolverilməz hesab edilən hadisələr baş verdi. Azərbaycandan öz adımdan üzr istəyirəm, çünki bu, mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlar, səhvlər olur”, - Solovyov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top