Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” gömrük məntəqəsi fəaliyyətini bərpa edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Qeyd edilib ki, beynəlxalq avtomobil yükdaşımalarının 24 saat ərzində maneəsiz hərəkətinin təmin olunması üçün fəal iş aparılır.
Xatırladaq ki, Gürcüstanda leysan yağışları ilə əlaqədar olaraq “Kazbeqi” gömrük-keçid məntəqəsi iyunun 27-dən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.