İyulun 1-dən Azərbaycanda yeni “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yeniavaz.com-a verilən məlumata əsasən, həmin vaxtdan əlilliyinin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma faizlərinin müəyyən olunması əsasında həyata keçiriləcək.
Sözügedən kateqoriyalar aşağıdakılardır:
- özünəqulluq
- sərbəst hərəkətetmə
- istiqamətseçmə
- ünsiyyət
- davranışına nəzarətetmə
- öyrənmə
- əmək fəaliyyəti
Qeyd olunur ki, 15 yaşına çatmamış uşaqlar əmək fəaliyyətinə cəlb edilmədiyi üçün onlarda əmək fəaliyyəti bacarığı qiymətləndirilməyəcək.