Gürcüstan və Rusiya Federasiyasını birləşdirən quru sərhəd qapısı “Kazbegi” bağlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb güclü yağışlar olub. Bildirilib ki, yağışlardan sonra çaylar daşıb və yollar çöküb. Problem aradan qaldırıldıqdan sonra sərhədin açılacağı qeyd olunub.