Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan İsveçi ölkənin müdafiə sənayesi məhsullarına embarqonu ləğv etməyə çağırıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğan bu barədə İsveçin baş naziri Maqdalena Anderssonla söhbətində bildirib. Prezident vurğulayıb ki, Ankara embarqonun və Türkiyənin müdafiə sənayesi məhsullarının ixracına qoyulan digər məhdudiyyətlərin aradan qaldırılmasını gözləyir.
“İsveçin həmçinin terrorla mübarizə aparmaqda Ankaranın mövqeyinə uyğun addımlar atmasını istəyirik”, - deyə Ərdoğan qeyd edib.