“Jurnalistləri öldürərək susdurmaq senzuranın ən pis formasıdır”


Birləşmiş Millətlər Təşkilatı bütün dünyada jurnalistlərin təhlükəsizliyinin azaldığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, məlumata görə, bu vəziyyət günü-gündən daha təhlükəli olur.
BMT-nin İnsan Hüquqları Şurasının 50-ci sessiyası çərçivəsində Baş Assambleyada çıxış edən BMT-nin fikir və ifadə azadlığı üzrə xüsusi məruzəçisi İrene Xan internetdə və meydanlarda jurnalistlərə qarşı olan hücumlar barədə danışıb.
“Jurnalistləri öldürərək susdurmaq senzuranın ən pis formasıdır”, - deyən Xan münaqişə zonalarında fəaliyyət göstərərkən öldürülən jurnalistlərə barədə açıqlamasında bildirib.
O internetdə jurnalistlərə qarşı gender əsaslı hücumların, rəqəmsal təqib və kütləvi linç kampaniyalarının jurnalistlərin təhlükəsizliyinə böyük təhlükə yaratdığını vurğulayıb.
Xan İnsan Hüquqları Şurası və beynəlxalq ictimaiyyəti jurnalistlərə edilən hücumların qarşısını almaq, onların toxunulmazlığını təmin etmək üçün addımlar atmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top