130 min nəfərlik şəhərin kanalizasiya sistemində 11 nəfər işləyir - Foto


Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında  3 məsələ müzakirəyə çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, iclasda idarə, müəssisə rəhbərləri iştirak ediblər. Əsas müzakirə mövzusu şəhər sakinlərini narahat edən binaların və şəhərin kanalizasiya xəttində yaranan ciddi nöqsanlar olub. İlham İsmayılov iclasda iştirak edərək bildirib ki, əsas məqsəd insanlara yaxşı xidmət göstərmək olmalıdır:
“Təəssüflər olsun ki, uzun illərdən bəri “Azərsu” ASC Mingəçevirdə kanalizasiya xətlərinin çəkilişini başa çatdırmayıb. Bu gün şəhərin bir nömrəli problemi binaların zirzəmilərində yaranan kanalizasiya xətləridir. İkinci problem isə çirkli suyun bir başa Kür çayına axıdılmasıdır. Nə qədər ki, çirkab suların yığılması üçün tikiləcək qurğunun tikintisi geçikir, bu ekoloji fəlakət davam edəcək. İndi də kanalizasiya xətlərinin çəkilişi üçün şəhərin asfaltı yenidən qazılır. Bu da şəhər əhalisi arasında böyük narazılıqlara səbəb olur. Podaratçı şirkətə tapşırıq verilib, qazdıqları ərazini asfalt örtüyü ilə bərpa etsinlər.”
İcra başçısı həmçinin bildirdi ki, şəhərin ayrı-ayrı məhəllə və yaşayış massivlərində sakinlərlə keçirdiyi görüşlər zamanı ona verilən ilk suallardan biri şəhərin kanalizasiya sisteminin bərbad olması ilə bağlı olur:
“Bu da ondan irəli gəlir ki, kanalizasiya sisteminin fəaliyyəti müasir tələblərə cavab vermir. 130 min nəfərlik şəhər əhalisinə 11 nəfər kanalizasiya işçisinin xidmət etməsi əslində məsələnin nə yerdə olduğunu aydın göstərir. O cümlədən su nasosları çatışmazlığı, binaların zirzəmilərinin su və kanalizasiya xətlərinin kifayət qədər vaxtında və sürətlə dəyişdirilməməsi, burada antisanitariya vəziyyətinin yaranması bunu bir daha büruzə verir. İl ərzində şəhər üzrə cəmi 36 yaşayış binasının zirzəmisində kanalizasiya xətlərinin dəyişdirilməsi ona gətirib çıxarır ki, 5 il ərzində cəmi 180 binanın zirzəmisində bu işi həyata keçirmək mümkün ola bilər. Əlbəttə, Dövlət Proqramının bu səviyyədə həyata keçirilməsi bizi heç cür qane edə bilməz. Mingəçevir şəhərində uzun müddət bu istiqamətdə aparılan işlər təəssüf ki, qənaətbəxş deyildir”.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top