Ermənistanın baş prokuroru Artur Davtyan Minskə işgüzar səfəri çərçivəsində Rusiya və Azərbaycanın baş prokurorları ilə görüşəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğu məlumat yayıb.
Bu gün Belarusun paytaxtında MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclası keçiriləcək.
Baş prokurorların əvvəllər əldə edilmiş razılaşmaların icrasını müzakirə edəcəyi bildirilib.