Prezidentdən Türkiyədəki yanğınla bağlı tapşırıq


Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı FHN yayıb. 
Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top