Rusiya qoşunlarının böyük bir hissəsinin Mariupolu tərk etdiyi görünülənən video yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat yayıb. O bildirib ki, hərbi karvan Berdyansk-Poloqi istiqamətində Zaporojye vilayətinə doğru hərəkət edir. Buna səbəb kimi resurs çatışmazlığı göstərilib. Şəhərdə rus qoşunlarının nəzarət taktikalarını dəyişdiyi də qeyd olunub. Belə ki, stasionar keçid məntəqələri sökülüb, yalnız körpülərin ərazisindəki keçid məntəqələri saxlanılıb.