“Youtube” “WarGonzo” səhifəsini sildi


Ermənipərəst hərbi jurnalist Semyon Peqova məxsus “WarGonzo” səhifəsi “Youtube”dan silinib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sözügedən səhifəyə daxil olmaq istəyərkən bildirilir.
Səhifənin Ukraynadakı müharibə barədə yayılan dezinformasiyalar səbəbindən silindiyi ehtimal olunur.
Qeyd edək ki, erməni əsilli rus media maqnatı Aram Gabrileyanov tərəfindən maliyyələşdirilən “WarGonzo” İkinci Qarabağ müharibəsi dövründə də bu tip fəaliyyətlə məşğul olub və buna görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən kanalın müəllifi Semyon Peqov axtarışa verilib.

DİGƏR XƏBƏRLƏR

Top