Qazaxıstan Rusiyaya cavab olaraq kömür daşıyan vaqonları dayandırdı


Qazaxıstan hakimiyyəti öz ərazisində Rusiya kömürünü daşıyan 1700 vaqonun qarşısını almaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “We Can Explain” “Telegram” kanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Qazaxıstan rəhbərliyinin qərarı Rusiyanın Novorossiysk limanında neftin daşınmasına tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq qəbul edilib. İddialara görə, buna səbəb İkinci Dünya Müharibəsi zamanı limanın sularında tapılan minalar olub. Ərazinin öyrənilməsi üçün Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) ucqar yanalma qurğularına bitişik akvatoriya bağlanıb ki, onun vasitəsilə ildə 67 milyon tona qədər neft ixrac olunur.
Qeyd edək ki, iyunun 17-də Vladimir Putinlə görüş zamanı Tokayev qondarma DXR və LXR-in ölkəsi tərəfindən tanınmasının yolverilməz olduğunu açıq şəkildə bəyan edib. Tokayev Rusiyanın Aleksandr Nevski ordenindən də imtina edib. Bildirilir ki, Qazaxıstan liderinin mükafatlandırılması Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top