Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 40 min 36 körpə doğulub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, yeni doğulan körpələrin 1 144-ü əkiz olub.
Bu göstərici yeni doğulanların 2,9%-ni təşkil edib.
Məlumat üçün bildirək ki, son illər yeni doğulanlar arasında əkizlərin sayı artmaqdadır.
Belə ki, 7 il əvvəl – 2016-cı ilin yanvar-aprel aylarında doğulan körpələrin 1,7%-i əkizlər olub. Sonrakı illərdə bu göstərici davamlı olaraq artıb.
Son 7 ilin yanvar-aprel aylarında qeydə alınan rəqəmləri təqdim edirik:
Körpələrin ümumi sayı |
Əkizlərin sayı | Xüsusi çəkisi | |
2016 Yanvar-Aprel | 52 689 | 902 | 1,7 % |
2017 Yanvar-Aprel | 46 996 | 836 | 1,8 % |
2018 Yanvar-Aprel | 44 540 | 846 | 1,9 % |
2019 Yanvar-Aprel | 44 606 | 924 | 2,1 % |
2020 Yanvar-Aprel | 34 749 | 912 | 2,6 % |
2021 Yanvar-Aprel | 39 728 | 974 | 2,5 % |
2022 Yanvar-Aprel | 40 036 | 1 144 | 2,9 % |
Elnur Əli