Hər gün yollarda nə qədər vaxt "itirirsiz"? – Ölkələrin siyahısı


Yol infrastrukturunun düzgün qurulmaması səbəbindən insanlar zamanlarının müəyyən hissəsini yollarda keçirməli olurlar. Xüsusən böyük şəhərlərdə yaşayan insanlar üçün bu məsələ daha ciddi problemə çevrilib.
Yeniavaz.com
məşhur “numbeo” portalında yer alan “Nəqliyyat indeksi – 2022” (“Traffic Index - 2022”) adlı hesabata istinadən xəbər verir ki, yollarda ən çox vaxt itirən Nigeriya vətəndaşlarıdır.
Hesablamalara görə, Nigeriya vətəndaşları orta hesabla günün 62 dəqiqəsini yollarda keçirirlər.
Bu sahədə ən yaxşı vəziyyət İslandiyada qeydə alınıb. İslandiyada insanlar bir yerdən başqa yerə getmək üçün gün ərzində orta hesabla 20 dəqiqə vaxt sərf edirlər.
Azərbaycanda bu rəqəm 40 dəqiqə təşkil edir. Bu göstəriciyə görə Azərbaycan region ölkələri arasında Türkiyə, İran və Rusiyadan öndədir.
Hesabatda yer alan digər region ölkələrində vəziyyət aşağıdakı kimi olub:
1. İran – 47 dəqiqə
2. Rusiya – 45 dəqiqə
3. Türkiyə – 44 dəqiqə
4. Azərbaycan – 40 dəqiqə
5. Ukrayna – 38 dəqiqə
6. Gürcüstan – 35 dəqiqə
7. Qazaxıstan – 35 dəqiqə
8. Belarus – 30 dəqiqə
9. Estoniya – 25 dəqiqə
Yollarda ən az zaman keçirən ölkələrin ilk 5-liyində İslandiya (20), Oman (23), Kipr (23), Estoniya (25) və Avstriya (26) yer alır.
Ən çox zaman keçirən ölkələrin ilk 5-liyində isə Nigeriya (62), Kosta-Rika (60), Şri Lanka (57), Banqladeş (56) və Keniya (54) qərarlaşıb.

Elnur Əli
 

DİGƏR XƏBƏRLƏR

Top