Bu ilin iyun ayının 1-nə olan məlumata görə Azərbaycanda 313,3 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 5 ay ərzində ölkədə işsizlərin sayı 2,4 min nəfər azalıb.
Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə iqtisadi fəal əhalinin sayı 5 milyon 325,7 min nəfər olub, onlardan 5 milyon 12,4 min nəfərini məşğul əhali təşkil edib.
Azərbaycanda işsizlərin sayı son 18 ildə ən yüksək səviyyəyə ötən ilin əvvəlində çatıb.
İllər | İşszilərin sayı (min nəfər) |
1 yanvar 2006 | 317,8 |
1 yanvar 2007 | 291,2 |
1 yanvar 2008 | 281,1 |
1 yanvar 2009 | 262,2 |
1 yanvar 2010 | 260,2 |
1 yanvar 2011 | 258,3 |
1 yanvar 2012 | 250,9 |
1 yanvar 2013 | 243,1 |
1 yanvar 2014 | 236,6 |
1 yanvar 2015 | 237,8 |
1 yanvar 2016 | 243,7 |
1 yanvar 2017 | 252,8 |
1 yanvar 2018 | 251,7 |
1 yanvar 2019 | 253,8 |
1 yanvar 2020 | 251,6 |
1 yanvar 2021 | 375,9 |
1 yanvar 2022 | 315,7 |
1 iyun 2022 | 313,3 |
Elnur Əli