“Sabah” heyətini Azərbaycan millisinin üzvü Namiq Ələsgərovla gücləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytın məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.
Qeyd edək ki, Namiq karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub. O “Sabah”da 17 nömrəli formada çıxış edəcək.