“Dəniz kuboku” müsabiqəsinin planlaşdırma konfransı keçirildi


İyunun 16-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku" müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.
Qeyd edək ki, "Dəniz kuboku" müsabiqəsinin cari ilin avqust ayında keçirilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top