Bakıda yaşayış olan bina sökülür - Video


“Yusif Səfərov küçəsində yerləşən bina özbaşına sökülməyə başlanılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov sosial şəbəkə hesabında görüntülər paylaşıb.
O bildirib ki, binada sakinlər yaşaya-yaşaya bir neçə mənzil alınıb:
“İndi də bax bu qaydada sökürlər. Deyilənlərə görə, Bakı Şəhər İcra Hakimiyyətindən Zülfəli müəllim gəlmişdi”.
C. Cavadov qeyd edib ki, Bakı İnzibati Məhkəməsinin qərarı da var ki, binanın sökülməsi iş məhkəmədə baxılana qədər qadağan olunub.

DİGƏR XƏBƏRLƏR

Top