"Kriptovalyuta alıcıları "böyük axmaq"lardır" - 129 milyard sərvəti olan Bill Qeyts


129 milyard dollar sərvətilə (“Forbes”-2022) dünyanın ən varlı şəxsləri arasında yer alan “Microsoft” şirkətinin qurucusu Bil Qeyts hesab edir ki, kriptovalyutaların qiyməti süni şəkildə şişirdilib.
Yeniavaz.com
“Forbes” nəşrinə istinadən bildirir ki, Qeyts kriptovalyutaların populyarlığını “böyük axmaq nəzəriyyəsi” adlandırıb. 
Onun fikrincə, rəqəmsal valyutaların bahalaşması ona görə davam edir ki, onların başqa bir alıcıları - "böyük axmaq"lar var. Amerikalı milyarder deyib ki, o bu işdə iştirak etməyib və heç vaxt da iştirak etməyəcək. O, həmçinin əlavə edib ki, kriptovalyutalar nə uzun, nə də qısa dövr üçün saxlanılacq aktivlər deyil. 
Məlumatda bildirilir ki, Qeyts ötən il kriptovalyutaların ətraf mühitə təsiri barədə İlon Maskla mübahisə də edib.

DİGƏR XƏBƏRLƏR

Top