Bakıda qala divarına “Z” hərfi yazılması xəbərinə rəsmi açıqlama


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarına Rusiyanın Ukraynadakı əməliyyatının rəmzi olan “Z” hərfi yazılması barədə məlumat yayılıb.

Yeniavaz.com xəbər verir ki, məsələyə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə münasibət bildirib.

“Dünən kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlar yayılıb.

“İçərişəhər” DTMQ İdarəsinin Mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırır ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir.

Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununla da İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib”, - o qeyd edib.

Ş.Seyidzadənin sözlərinə görə, hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb:

“Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb”.

Qeyd edək ki, minval.az onun paytaxt sakini Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğunu yazıb.

DİGƏR XƏBƏRLƏR

Top