“Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Mohammed Bin Sulayem deyib ki, Formula-1 yarışmasının Azərbaycanda davam etməsi üçün əlində olan bütün vasitəçilik imkanlarından istifadə edəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bildirib.
“Dediyim budur ki, növbəti yarışmanın başa çatmasına çox da məyus olmayın. Hələ bir gün Azərbaycan beynəlxalq xokkey oyunları da ev sahibliyi edəcək ki, ölkəmizin beynəlxalq nüfuzu aşağı düşməsin.
Ümumiyyətlə, uşaqpulu, təhsilə dəstək, pensiya və qazilərə dövlət yardımı yarışmalarından başqa bütün oyunbazlıqlar özünə isti yuva tapacaq ölkəmizdə. Odur ki, beynəlxalq imicimizə görə narahat olmağa dəyməz”, - Ə. Oruclu qeyd edib.