Müəllim və şagirdləri daşıyan avtobus dəmir arakəsməyə çırpıldı - Fotolar


Bakıdan Qəbələyə istirahət məqsədi ilə gedən Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagirdlərini daşıyan avtobus ötən gün saat 23:00 radələrində qəzaya uğrayıb. 
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəstəxanaya aparılan 10 yaralıdan ikisinin vəziyyəti ağırdır.
Onlar 2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna və 2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğludur.
Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Bildirilib ki, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.
Hadisə nəticəsində yaralanaraq xəsətəxanaya yerləşdirilən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsindən olan sakinlərin adları aşağıdakılardır:
1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı;
2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı;
2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı;
1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı;
1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı;
1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı;
2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı;
2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu;
Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəbin müəllim və şagirdləri, onların valideynləri olub.
Faktla bağlı araşdırma aparılır.





DİGƏR XƏBƏRLƏR

Top