Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin qalibi "ME.GA.AN" MMC olub.
Yeniavaz.com xəbər verir ki, DSX MMC-dən 40 min ədəd mələfə və 30 min ədəd balınc üzü alacaq.
Buna görə Dövlət Xidməti "ME.GA.AN" şirkətinə 467 min 280 manat ödəyəcək.
Qeyd edək ki, "ME.GA.AN" MMC 2 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu STQ, şəhər şossesi döngə 1, ev 7 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənəliyev Mehman Ənvər oğludur.
Məlumat üçün bildirək ki, "ME.GA.AN" MMC-nin bu günə olan məlumata görə dövlət büdcəsinə 23 min 365 manat 17 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
***
"ME.GA.AN" MMC-nin direktoru Mehman Həsənəliyev saytımıza açıqlama verdi. Bildirdi ki, MMC tenderdə iştirak etdiyi vaxt şirkətin dövlət büdcəsinə vergi borcu olmayıb. Hazırda yaranmış vergi borcu tenderdə iştirakdan sonra yaranıb, qısa müddətdə ödəniləcək.
R. Məmmədli