Qarabağda yerləşən Rusiya sülhməramlıları haqqında məxfi məlumatları ilə xarici kəşfiyyat xidmətlərinə satan şəxs tutulub.
Yeniavaz.com Qarabağdakı seperatçıların “təhlükəsizlik xidməti”nin yaydığı məlumata istinadən bildirir ki, saxlanılan şəxs hərbçi olub.
Adı açıqlanmayan şəxs sosial şəbəkələrin köməyi ilə xarici kəşfiyyat xidmətlərilə əlaqəyə girərək mövqelər, hərbi heyət, texnika, cəbhə xəttində döyüş növbətçiliyi kimi məlumatları 1500 dollar qarşılığında xarici kəşfiyyat xidmətinə verib.
Məlumatda saxlanılan şəxsin hansı ölkənin kəşfiyyat xidmətilə əməkdaşlıq etdiyi qeyd olunmayıb.