"Mirzə Ələkbər Sabir dünyada ilk belə türkdür" - Video


“Sabir pul ilə heykəli qoyulan ilk böyük müsəlman və ilk türkdür dünyada”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Səbirli adam  Mirzə Ələkbər Sabir” sənədli filmində Türkiyənin tanınmış tarixçisi İlber Ortaylı deyib.
“Bu çox maraqlı faktdır, biz bunu mütləq bilməliyik. Nə üçün bu belədir? Çünki insanlar belə yazarları gözləyirlər”.
İ. Ortaylı sənədli filmdə həmçinin Sabir yaradıcılığı ilə tanışlığından və onun Türk ədəbiyyatındakı yerindən də danışıb, satira ustasının satiralarından misallar çəkib.
Sənədli filmi təqdim edirik:
Qeyd edək ki, İ. Ortaylının bəhs etdiyi, Mirzə Ələkbər Sabirin 1922-ci ildə Bakıda ucaldılan heykəlidir. Abidənin müəllifi Keylixis Yakov idi. Lakin 1958-ci ildə həmin heykəl yenisi ilə əvəzlənir. Yeni heykəlin müəllifləri heykəltəraş C.Qaryağdı, arxitektorlar Q.Əlizadə, A.İsmayılov olub.

DİGƏR XƏBƏRLƏR

Top