MI6 (Böyük Britaniyanın xarici kəşfiyyat xidməti) mənbələri iddia edir ki, Rusiya liderinin səhhəti ilə bağlı fərziyyələr fonunda Vladimir Putin artıq ölmüş ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin nüfuzlu “Daily Star” nəşri məlumat yayıb.
İddia olunur ki, ola bilsin bu həqiqətən də baş verib və Kremldəkilər hakimiyyəti itirməmək üçün Putinin dublyorundan istifadə edirlər.
MI6-nın yüksək vəzifəliləri Rusiya Prezidentinin son vaxtlar ağır xəstə olduğunu, lakin onun ölümünün çox güman ki, ört-basdır edildiyini deyirlər:
“Onun yaxınları üçün əsl qorxu ondan ibarətdir ki, onun ölümü elan edildikdən sonra Kreml çevrilişi baş verə bilər və bu zaman rus generalları Ukraynadan geri çəkilmək istəyəcəklər. Putinin ölümü onları aciz və müdafiəsiz qoyacaq, buna görə də onlar Putinin sağ olduğunu söyləməkdə maraqlı olacaqlar”.
Digər bir mənbə isə bu ayın əvvəlində Moskvadakı Qələbə Günü Paradında Putinin dublyorundan istifadə olunduğunu iddia edib və son media çıxışlarının çox güman ki, əvvəlcədən qeydə alındığını söyləyib.
Qeyd edək ki, son aylarda Putinin sifətinin şişkin görünməsi onun qan xərçəngi olması iddiasını göndəmə gətirib.
İki həftə əvvəl isə Kremllə yaxın əlaqələri olan rus oliqarxlardan biri mətbuata açıqlamasında, Putinin qan xərçəngindən əziyyət çəkdiyini və müharibədən əvvəl əməliyyat olunduğunu deyib.