Fransa səfiri Yardımlıda ot biçdi - Fotolar


Fransanın Azərbaycandakı səfiri Zakari Qross Yardımlı rayonunun Hamarkənd kəndində olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Ş. Xuduoğlu bildirib ki, səfir kənddə bir çox şeylə məşğul olub:
“Kəndimizin sakinləri ilə görüşdü, görməli yerləri gəzdi. Kənd məktəbinə getdi, təndir çörəyi yedi. Ot biçənlərlə ot biçdi. Çaya getdik, meşədə gəzdik. Gecənin  ulduzlu aydın səmasına valeh oldu. Uşaqlıq vaxtı yediyim, bacımın hazırladığı yeməklərdən daddı. Tezdən oyanıb, günəşi qarşılayıb, bərabər yoqa etdik. Onu ən çox təəccübləndirən bu oldu ki, kəndimizə bu vaxta qədər dövlət nə qaz verib, nə su verib, nə də normal yol çəkib. 75 yaşlı böyük bacımın evinə getdik. Bacımın bir fikri çox təsirli oldu: “Biz - bu elin adamları - həddindən artıq kasıb yaşayırıq. Amma çox vətənpərvərik””.




DİGƏR XƏBƏRLƏR

Top