Ölkənin aparıcı şirkətlərindən olan “Bakelektro” ASC nizamnamə kapitalını artırır.
Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalının artırılması barədə qərar səhmdarların iyun ayının 22-də keçiriləcək iclasında qəbul ediləcək.
Məlumat üçün bildirək ki, “Bakelektro” ASC-nin rəhbəri “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin prezidenti Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşı Rzayev Emin Hüseynağa oğludur.
Emin Rzayevin qanuni təmsilçi olduğu “Bakelektro” ASC 04.03.1998-ci tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 61 min 608 manat olan ASC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 625-də yerləşir.
Qeyd edək ki, daha əvvəl şirkətin hüquqi ünvanı Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşirdi. Bu ünvanda “Azərenerji” prezidentinin digər qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi və 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınan "Göknur Bakı LTD" MMC-də yerləşir. "Göknur Bakı LTD" nizamnamə kapitalı 6 milyon 349 min manat təşkil edir.
Hər iki şirkət bugünə kimi dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tenderlərin qalibi olublar.
A. Cəfərov