Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub.
***21:20
Brüsseldə Avropa ittifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü başlayıb.
Yeniavaz.com xəbər verir ki, üçtərəfli görüşdən əvvəl Şarl Mişelin həm Prezident İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüşü keçirilib.