Moskva birjasında dolların məzənnəsi 2018-ci ilin aprelindən bu yana ilk dəfə 58 rubldan, avronun məzənnəsi isə 2017-ci ilin aprelindən bəri ilk dəfə olaraq 60 rubldan aşağı düşüb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:00-yə olan məlumata görə, dollar 6,7% dəyər itirərək 57,76 rubla düşüb. Avronun məzənnəsi 59,79 rubla (-7,15%) düşüb.
Moskva birjasında hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 9,5 qəpik artaraq 62 rubl təşkil edib. Avronun məzənnəsi 60,5 qəpik ucuzlaşaraq 63,7975 rubl təşkil edib.