"PAŞA Bank"dan Mərkəzi Banka yüksək vəzifəyə getdi
İQTİSADİYYAT
16 may 2022, 10:52
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə yeni müşavir təyin edib. Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Fərhad Vəliyev gətirilib.
O, bu təyinata qədər “PAŞA Bank” ASC-də İdarəetmə Şöbəsinin müdiri olub.