"Bakının Fəvvarələr meydanında bu gün keçirilən aksiya zamanı heç bir insident qeydə alınmayıb".
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib:
"Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb".