Türkiyə hərbçisi İraqda şəhid oldu


“Pençe-Kilit” əməliyyatında 1 Türkiyə əsgəri şəhid olub, 3 hərbçi isə yaralanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Qeyd edilir ki, terrorçular tərəfindən “Pençe-Kilit” əməliyyatı bölgəsində yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində sıravi Selman Gülər ​​şəhid olub.

Partlayış nəticəsində 3 əsgər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top