Bayden Ukrayna ilə bağlı “lend-liz” qanununu imzaladı


ABŞ prezidenti Co Bayden Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə “lend-liz” qanununu imzalayıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin köməkçisi Angela Peres öz “Twitter” səhifəsində məlumat verib.
Bildirilib ki, yeni qanunla ABŞ Ukraynaya daha çox yardım edə biləcək.
Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə SSRİ-yə (eləcə də Böyük Britaniya və digər müttəfiqlərə) dəstək üçün qəbul olunmuş yardım proqramı 81 il sonra bu dəfə Rusiyaya qarşı bərpa edildi.

DİGƏR XƏBƏRLƏR

Top