Nərminin qətlini araşdıran tanınmış jurnalistə bıçaqlı hücum - Fotolar


Jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə həmkarı İlkin Muradov məlumat yayıb. Onun sözlərinə görə hadisəni törədən şəxs bunu A. Məmmədovanın işıqlandırdığı məhkəmə işinə görə edib:
“Yaşadığı binaya daxil olan zaman tanımadığı şəxs ona hücum edərək son zamanlar yazdığı məhkəmə işini işıqlandırmamağı tələb edib. Təxminən bir ay əvvəl Aytən bu haqda mənə demişdi. Evlərinə zəng edən şəxs ondan Tovuzda müəmmalı şəkildə yoxa çıxan, qətlə yetirildiyi deyilən Nərminin işini yazmamasını tələb etmişdi. Aytəni ölümlə hədələyib, başını kəsəcəyini deyib təhqir etmişdi. Bu gün də liftdə hücuma məruz qaldı”.
İ. Muradov bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları Aytən Məmmədovadan izahat alıb.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, 9 mikrorayonda baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb.



DİGƏR XƏBƏRLƏR

Top