Bakıda iki sürücü arasında baş vermiş hadisə sosial şəbəkələrdə gündəm olub.
Yeniavaz.com xəbər verir ki, hadisə Mətbuat dairəsində baş verib. Avtomobildən düşən şəxs motosiklet sürücüsünü təhqir edərək döyüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib. Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: "Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək". Qeyd edək ki, 10 VX 707 dövlət nişanlı "LEXUS GX460" markalı avtomobilin sahibi və sürücüsü, Prezidentin 2020-ci ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif etdiyi Dadaşov Sultan Tofiq oğludur. O, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviridir, 1959-cu il-də anadan olub. "ARPİA" MƏNZİL TİKİNTİ KOOPERATİVİ adlı tikinti şirkəti var.