İsraildə 2020-ci ilin aprelindən qüvvədə olan qapalı yerlərdə qoruyucu maskaların məcburi taxılması tələbi ləğv edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Bildirilib ki, koronavirusa yoluxma hallarının azalması ilə əlaqədar Baş nazir Naftali Bennett və Səhiyyə naziri Nitzan Horovitz qapalı yerlərdə maskaların məcburi taxılmasını ləğv etmək qərarına gəliblər. Qərar yoluxma potensialı yüksək olan yerlərə, o cümlədən xəstəxanalar, qocalar evləri, doğum evlərinə şamil edilmir.