“İlk dəfə Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasında tədris olunmağa başlanan informasiya təhlükəsizliyi ixtisası daha üç, növbəti tədris ilindən isə 11 ali təhsil müəssisələrində ixtisas kimi tədris olunacaq”.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yaradılması ilə bağlı təqdimatında Azərbaycan təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, burda keyfiyyəti təmin etmək üçün Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, Təhsil Nazirliyi və beynəlxalq ekspertlərlə yeni tədris proqramının yaradılmasının üzərində işlər aparılır.