Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Şarl Mişel sosial şəbəkə hesabında paylaşım edib.
“Aİ mövqeyini qəti şəkildə təkrarladı: Ukrayna və onun suverenliyinə dəstək, Rusiyanın təcavüzünə görə qınaq və sanksiyalar. Bizim birliyimiz, prinsiplərimiz, dəyərlərimiz pozulmazdır”, - Mişel bildirib.
“Provaslav Pasxa bayramı münasibətilə Mariupol və digər mühasirəyə alınmış şəhərlərdən təcili humanitar yardımın və təhlükəsiz keçidin təmin edilməsi ciddi şəkildə tələb olunur”, - o əlavə edib.