Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Araz Pənahovun direktor (qanuni təmsilçi) olduğu “TAP” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 3 min 833 manat 21 qəpik vergi borcu var.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “TAP” MMC 07.02.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Şamil Əzizbəyli, ev 157, m. 1-də yerləşir.
Nəsimi rayonu, Şamil Əzizbəyli, ev 157, m. 1-də yerləşən daha bir şirkətin – “İntel-F” MMC-nin də dövlət büdcəsinə 6 min 394 manat 79 qəpik vergi borcu var. Bu şirkətin qanuni təmsilçisi Əliyeva Günay İslam qızıdır.
Nəsimi rayonu, Şamil Əzizbəyli, ev 157, m. 23-də yerləşən daha bir şirkətin – “Ecores İnternational” MMC-nin qanuni təmsilçisi isə Məzahir Pənahovun böyük oğlu Məhəmməd Pənahovdur. Nizamnamə kapitalı 400 manat olan bu şirkətlə bənzər ada sahib olan başqa bir şirkət – “Ecores-Biznes” MMC-nin qanuni təmsilçisi isə Məzahir Pənahovun qardaşı Şahin Pənahovdur. Hüquqi ünvanı Nəsimi rayon, Asif Məhərrəmov, ev 68, m. 100-də yerləşən bu MMC-nin nizamnamı kapitalı 50 manat təşkil edir.
Onu da bildirək ki, Məzahir Pənahovun özündən 4 yaş kiçik olan qardaşı Şahin Pənahov həm də BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır.
A. Cəfərov